Ramil Jabbarov
Cabbarov Ramil Şahin oğlu

e-mail: r.jabbarov@unec.edu.az
ramilcabbarov@gmail.com

tel: (+994 12) 497 7135 (daxili 146)
Mob: (+994 55) 742 1022

1988-ci ildə Qərbi Azərbaycanın (Ermənistan) Masis rayonunun Zəngilər kəndində anadan olub.

2005-ci ildə Bakı şəhəri, Nəsimi Rzayev adına 169 saylı orta məktəbi bitirib.

2009-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının  (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bakalavr pilləsini “Marketinq” ixtisası üzrə bitirib.

2013-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsini bitirib.

2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.

Türkiyənin  Boğaziçi Universiteti, Sabancı Universiteti, Özyeğin Universiteti, Okan Universiteti və Bahçeşehir Universitetlərində müxtəlif zamanlarda marketinq, marketinq araşdırmaları və idarəetmə, brend menecment, reklam, PR, şəxsi inkişaf, stress menecment, startup üzrə kurs və konfranslarda iştirak edib.  The University of British Columbia, Orta Doğu Teknik Üniversitesi tərəfindən təşkil edilən marketinq üzrə online kurslarda iştirak edib.

2016-cı ildə Türkiyənin Sakarya Universitetinin  “Eğitim Araştırma ve Uygulama” Mərkəzi tərəfindən təşkil edilən “Satış və Marketinqin idarəedilməsi” Sertifikat programını uğurla tamamlayaraq, “Uzmanlık” statusu qazanıb.

2008-ci ildən etibarən avtomobil, idman, səhiyyə, tədris, ərzaq və qeyri-ərzaq sektorları üzrə 10 şirkətdə marketinq üzrə məsul vəzifələrdə çalışıb.

2013-2014-cü illərdə Lider TV-də xarici iqtisadi xəbərlər üzrə müxbir vəzifəsində çalışıb.

2014-2016-cı illərdə UNEC-in Marketinq və Kommunukasiya Departamentində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində çalışıb.

2015-2018-ci illərdə “Marketinq” kafedrasının, 2018-ci ilin iyul ayından 2021-ci ilin noyabrına kimi “Biznesin idarə edilməsi” kafedrasının müəllimi olub.

2016-cı ildən UNEC-in SABAH Qruplarında “Marketinq”, “Biznes və reklam” və “Kefiyyətə nəzarət”, UNEC Biznes Məktəbində “Beynəlxalq marketinq”, “Strateji marketinq”, “Kreativ sənayedə strateji marketinq”, “Rəqəmsal marketinq strategiyaları”, “Səhiyyənin marketinqi” fənlərini tədris edib.

2017-ci ildən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində “Rəqəmsal marketinq”, “İstehlakçı davranışları” və “Strateji brend menecment” fənlərini tədris edib.

2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Tələbələr və Gənclər üzrə Daimi Şuranın üzvü seçilmişdir.

2015 ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Radio UNEC” online radiosunda “Vizyon+” verilişinin, 2018-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə yayımlanan “Export Time” verilişinin aparıcısı olub.

2015-2016-cı illlərdə UNEC-in “Keyfiyyət elçisi” olub.

2016-cı ilin sentyabr ayından 2018-ci ilin oktyabr ayınadək UNEC rektorunun köməkçisi vəzifəsində çalışıb.

2017-ci ilin oktyabr ayından UNEC-in Digital Marketinq Mərkəzinə rəhbərlik edir.

UNEC-də təşkil edilən TEDx UNEC, Science Slam, UNEC2B, Oriyentasiya günü, Azad Kitabxana kimi bir sıra layihələrin təşkilatçılarından olmuşdur.

2015-ci ildə nəşr olunan “Bu günün marketinqi bu günün yazarlarından” kitabında 4 məqaləsi dərc edilib. Azərbaycanda nəşr edilən “The Business Times” həftəlik qəzetində köşə yazarı olub. Müxtəlif mənbələrdə strateji marketinq, brend menecment, istehlakçı davranışları, reklamçılıq və digər mövzularda məqaləsi dərc edilib.

Marketinq mövzusunda  300-ə qədər təlim keçib.

2017-ci ildə Microsoft tərəfindən “İnnovativ müəllim” sertifikatını qazanıb.

Amerika Marketinq Assosiyası, Beynəlxalq Sosial Marketinq Asossasiyası, Biznes Marketinq Asossasiyası, Direct Marketinq Asossasiyasının üzvüdür.

2020-ci ildə startup kimi qurulan “Speak.az” Online Xarici dil öyrənmə platformasının qurucusudur.

2018-ci ilin oktyabr ayından 2021-ci ilin oktyabrına kimi UNEC-in Karyera Mərkəzinin direktoru vəzifəsində çalışıb.

2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə  Fəxri Fərmana layiq görülüb.

Şəxsi loqotipi:

png4

.

ramil_emin6871679826282_oDSC_5783DSC_5721

unec.edu.az/ramilcabbarov
facebook.com/ramil.jabbarov

*

R.Cabbarov UNEC NEWS-da

Təhsilini UNEC-də davam etdirmək istəyən tələbələrin sayı artır (02.04.2018)
UNEC müəllimindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təlim
 ( iqtisadiislahat.org – 23.02.2018)
UNEC-in gənc müəllimləri Türkiyədə “marketinq” fənnini tədris edirlər
 (08.02.2018)
UNEC tələbələri beynəlxalq layihələrdə Azərbaycanı layiqincə təmsil edir
 (21.11.2017)
İxrac potensialının artırılması dövlət siyasətinə UNEC-dən dəstək
 (18.10.2017)
UNEC-də müzakirə: “Gənclər və vətəndaş cəmiyyəti”
 (11.10.2017)
UNEC yeni layihələrini təqdim edir
 (06.10.2017)
UNEC-in nümayəndə heyəti belnəlxalq konfransda ABAD mərkəzlərindən bəhs ediblər
 (22.09.2017)
600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də
 (18.07.2017)

UNEC tələbələrinin uğuru: “Ən yaxşı biznes ideyası” və “Ən yaxşı ENACTUS ruhu”
 (30.05.2017)
UNEC Azərbaycanın adını “Science Slam” dünya elm müsabiqəsinin tarixinə yazır
 (04.05.2017)
“I UNEC Science Slam” – UNEC tələbələrinin fərqli elmi-tədqiqat mühiti
 (27.04.2017)
Abituriyentlər UNEC-i seçir
 (24.04.2017)
UNEC-də elmi tədqiqat işlərinin perspektivləri müzakirə edilib
 (10.03.2017)
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu (16.02.2017)
UNEC müəllimi “Microsoft”un “İnnovativ müəllim” sertifikatını qazanıb (23.01.2017)
“Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsi tələbələrin müzakirəsində
 (18.01.2017)

“Biz UNEC tələbəsi olmaq istəyirik”
 (10.01.2016)
UNEC Academic Thinking: “Human development” (23.11.2016)
UNEC-də “Beyin həftəsi” keçirilidi 
(18.03.2016)
UNEC-də ilk: Açıq dərs canlı yayımlandı (11.03.2016)
UNEC şagirdlər arasında ali təhsilə həvəsi stimullaşdırır (04.03.2016)
“Tələbə rektor” seçkilərinin qalibi müəyyənləşib (27.02.2015)
UNEC Mərkəzi və Şərqi Avropa universitetləri arasında TOP-500-ə yüksəlib (11.08.2015)
UNEC-də “Təlim festivalı” davam edir  (04.05.2015)
UNEC-də “Oriyentasiya Günü” keçirilib (14.09.2015)
UNEC-in gənc müəllimləri and içdi (06.11.2015)
“Marketinq-diskussiya klubu”nun növbəti seminarı keçirilib (10.11.2015)
UNEC müəllimi Beynəlxalq Sosial Marketinq Asossasiyasına üzv olub (09.12.2015)
“Azərbaycan müəllimi” qəzetinin yaradıcı kollektivinin UNEC-ə mediaturu (15.02.2016)

*
UNEC-in yeni layihələri İTV-nin canlı efirində müzakirə edilib – VİDEO (27.10.2016)

raminc24c4b6e81b11712fc202ramil_6673434238ramil_insta-copyramilaesas1DSC_6756