UNEC-in Texnologiya və Dizayn fakültəsində İslam həmrəyliyinə həsr olunan “Mədəni və mənəvi müxtəlifliyin birliyi” mövzusunda Tələbə Elmi Konfransı keçirilib.
Fakültə dekanı, professor Vəkil Hüseynov ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan etməsinin əhəmiyyəti barədə məlumat verib. IV İslam Həmrəyliyi Oyunlarının uğurlu idman bayramına çevrilməsindən və idmançılarımızın əldə etdikləri nailiyyətlərdən danışıb.
“Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov İslam Əməkdaşlıq Təşkilatının müsəlman dövlətləri arasında mədəni əlaqələrindən, inkişafından və vacibliyindən bəhs edərək, Azərbaycanın mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilməsindən, bu istiqamətdə aparılan uğurlu xarici siyasətdən bəhs edib. Kafedranın professoru Zakir Məmmədəliyev və dosent Humeyra Mustafayeva müasir dövrdə müsəlman ölkələri arasında mədəni əməkdaşlıq əlaqələrinin gücləndirilməsi zəruri şərtlərdən biridir. Çünki islam dini birlik, mənəviyyat, əxlaq dinidir. Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu qeyd etdi. Bu gün İslamı dəyərlərin dünyaya təbliğinə böyük ehtiyac olduğunu və Azərbaycan dövlətinində bu istiqamətdə mötəbər tədbirlər – mədəniyyətlərarası forumlar, dialoqlar keçirərək bu işdə böyük naliyyətlər əldə etməkdədir.
Tədbirdə fakültənin tələbələri Möhtərəm Ağayeva, Rəfiqə Nəzərova və Şəlalə İsayeva mövzu ilə bağlı maraqlı məruzələrlə çıxış etdilər.
Sonda tələbələrə sertifikatlar təqdim olunub.