1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1967-cı ildə Oktyabr rayonundakı C.Cabbarlı adına 161 №-li orta məktəbə daxil olmuş, 1977-ci ildə orta məktəbi kamal attestatı ilə bitirmişdir.
1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə qəbul olunmuşdur. 1981-ci ildə Az.XTİ-nu bitirib, təyinatla SSRİ Dövlət Əmək Əmanət Kassaları Azərbaycan respublika Baş İdarəsinin sərəncamına göndərilmişdir. Bu idarədə əvvəlcə iqtisadçı, sonra isə böyük müfəttiş vəzifələrində işləmişdir. 1984-cü ildə Azərbaycan SSR DİN-nin İnşaat İdarəsinə işə qəbul olunmuşdur. Əvvəlcə böyük mühasib-müfəttiş, sonra isə əmək və əmək haqqının təşkili üzrə I dərəcəli mühəndis vəzifələrində işləmişdir.
1991-ci ildə istehsalatdan ayırlmaqla Azərbaycan Dövlət İqtisad İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1994-cü ildə aspiranturanı bitirdikdən sonra, «Bank işi» kafedrasında müəllim vəzifəsində saxlanılmışdır. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1998-ci ildə «Bank işi» kafedrasında baş müəllim işləmişdir. 2001-ci ildə isə dosenti vəzifəsinə seçilmişdir. UNEC-in “Maliyyə və maliiyə institutları” kafedrasının dosentidir.
XII.2004 – IV.2014 tarixlərində İqtisad Universitetinin Doktorantura şöbəsinin müdiri;
IV.2014 – X.2015 tarixlərində Maliyyə fakültəsinin dekanı vəzifələrində işləmişdir.
Hazırda UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi Katibidir.
Z.İbrahimov. “Кредитные вложения в развитие реального сектора Азербайджана: посткризисные особенности” – ІІІ Международная научно-практическая Интернет-конференция. “Актуальные вопросы функционирования финансового рынка в условиях кризисных явлений мировой экономики”
(г. Одеса, 26 – 27 апреля 2018 года)