10 mart 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1998-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Əmtəəşünaslıq” ali peşə istiqaməti üzrə Bakalavr pilləsini, 2000-ci ildə isə “Ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə Mağistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasında böyük laborant,
2002-ci ildən müəllim, 2013-cü ildən isə baş müəllim vəzifəsində çalışıb.
*
2010-cu ildə “Şəmkir və Mingəçevir su anbarlarında krevetlərin (Palaemon elegans Rathke) bio-ekologiyası və əmtəə göstəriciləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 mart 2012-ci il tarixli qərarı ilə ona biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının dosenti olub. Hazırda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
40-dan çox elmi əsərin, o cümlədən 3 tədris proqramının müəllifidir.
Ailəlidir, iki övladı var.