1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş və təhsilini orada Qiymət ixtisası üzrə əyani aspiranturada davam etdirmişdir.
1996-cı ildən gənc mütəxəssis kimi İqtisad Universitetini Sosioloji Elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
2000-2001-ci illərdə müsabiqə yolu ilə Elmi-tədqiqat laboratoriyasında elmi işçi;
2001-2005-ci illərdə Sosial-iqtisadi Elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifələrində çalışmışdır.
2005-2008-ci illərdə Elmi-araşdırma və Konsaltinq Mərkəzində böyük elmi işçi vəzifəsində işləmişdir.
2010-2013-cü illərdə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda çalışmışdır.
*
2003-2005-ci illərdə Gender araşdırmalar mərkəzində humanitar və sosial fənlərin tədrisində gender əsaslarının tətbiqi metodologiyası, qloballaşma, iqtisadiyyat və ekologiyada gender modulu üzrə proyektlərdə iştirak etmişdir.
2011-2012-ci illərdə “Azərbaycanda aqrar sektorun inkişafının dövlət tərəfindən stimullaşdirilması mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsinə dair təklif və tövsiyələrin hazırlanması” və “Azərbaycanda davamlı inkişafın təmin edilməsində monetar və fiskal siyasətlərin əlaqələndirilməsi mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsinə dair təklif və tövsiyyələrin hazırlanması” layihələrində iştirak etmişdir.
2013-cü ildən «Qiymət və qiymətləndirmə» kafedrasının müəllimi işliyib. Hazırda isə “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müəllimidir.
40-dan artıq elmi əsərin müəllifidir.
Ailəlidir, iki övladı var.