ADİU-da Ulu Öndərə ithaf edilən “Geoiqtisadiyyat” kitabının təqdimatı keçirilib

12 MAY 2015 | VIEWS:
968

Mayın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Dr.Vüsal Qasımlının Ulu Öndər Heydər Əliyevə ithaf etdiyi “Geoiqtisadiyyat” kitabının təqdimatı keçirilib.

Tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov Ümumilli Lider Heydər Əliyevə ithaf edilən kitabın böyük elmi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, gənc və perspektivli alim Vüsal Qasımlı ilk dəfə olaraq geoiqtisadiyyatı müstəqil elm sahəsi kimi təqdim etməklə, onun tərifini və əsas istiqamətlərini müəyyənləşdirə bilib. “Geoiqtisadiyyat” kitabını dərin məzmunlu və dünya səviyyəli elmi əsər kimi tövsiyyə edən rektor, ingilis dilində çap edilən və 11 fəsildən ibarət olan kitabın dünya maliyyə arxitekturası, geoiqtisadi rekalibrasiya, qlobal enerji xəritələnməsi, innovativ inkişaf, su problemləri və s. kimi məsələlərə həsr olunduğunu bildirib.

SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, dünya elmi ictimaiyyəti kitabı yüksək qiymətləndirib. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun tədqiqat rəhbəri Dr.Jeh isə “Geoiqtisadiyyat” kitabını “yeni klassika” adlandırıb. Braziliyanın Jetulio Varqas Fondunun prezidenti Prof.Dr.Leal və Hyustondakı Rays Universitetinin iqtisadiyyat üzrə professoru Ted Temzelides də “Geoiqtisadiyyat” kitabını qloballaşma dövründə strateqlər üçün “yol xəritəsi” olaraq səciyyələndiriblər.

Daha sonra Azərbaycan-Türkiyə İş Adamları Birliyinin rəhbəri Camal Yanğın Ulu Öndər Heydər Əliyevə ithaf etdiyi “Geoiqtisadiyyat” kitabının iş adamları üçün böyük töhfə olduğundan söz açıb. Kitabın Türkiyənin Əşkişəhər şəhərində təqdimat mərasimi keçirildiyini vurğulayan C.Yanğın onun Türkiyənin Anadolu Universiteti tərəfindən təkrar çapı planlaşdırıldığını bildirib.

Tədbir ADİU-nun professor-müəllim heyəti və qonaqların müzakirəsi ilə davam edib.

969 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno