Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Beynəlxalq iqtisadi münasibətlər kafedrasınınn müəllimi dosent İnara Rzayeva Mevlana Mübadilə Proqramı çərçivəsində Türkiyə Respublikasının İstanbul Universitetində olub.
İ.Rzayeva İstanbul Universitetinin “İktisadi və İdari Bilimlər” fakültəsinin Uluslararası ilişkiler bölümündə “qonaq professor” (visiting professor) statusunda fəaliyyət göstərib. O, universitetin magistrlarına “Features of development of regional economic integration in a globalizing world economy” mövzusunda mühazirə oxuyub. Mühazirə professor-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Səfərin sonunda dosent İnarə Rzayevaya İstanbul Universitetinin sertifikatı təqdim olunub.