Amerikalı professor UNEC-in iqtisadi platformasında

26 MAY 2017 | VIEWS:
1883

Tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybar UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsində iştirak edib.

B.Aybar UNEC-in iqtisadi platforması olan “ISE Economic Talks”da “Maliyyə böhranı və inkişaf etməkdə olan bazarlarda kapitalın strukturu” mövzusunu müzakirəyə çıxarıb. Professor çıxışında şirkətlərin kapital strukturundan və onları müəyyən edən əsas faktorlardan danışıb. Şirkətlərin kapital strukturunu müəyyən edən bu əsas faktorların izahını təqdim edib. Xüsusilə də, 2008-ci ildəki Qlobal Maliyyə Böhranından sonra inkişaf etməkdə olan bazarlarda şirkətlərin strategiyalarından bəhs edib. İnkişaf etməkdə olan bazarlara misal olaraq Çin, Braziliyia, Malaziya, İndoneziya və digər bu kimi daha sürətlə sənayeləşmə və inkişaf mərhələsində olan ölkələri qeyd edib.

“ISE Economic Talks” qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, bu müzakirə “ISE Economic Talks” layihəsinin 2016/17-ci tədris ili üçün sonuncu görüşü olub. UNEC tədqiqatçılarının qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirəyə çıxartdığı “ISE Economic Talks” növbəti müzakirəsini yeni tədris ilində təşkil edəcək.

Layihənin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

 

1884 1