UNEC-in İqtisadiyyat fakültəsində “İslam həmrəyliyi ili” çərçivəsində növbəti tədbir keçirilb.
“Beynəlxalq münasibətlər” kafedrasının təşkil etdiyi tədbirdə fakültə dekanı dosent Asiman Quliyev 2017-ci ilin “İslam həmrəyliyi ili” kimi elan edilməsinin əhəmiyyətindən danışıb. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin islami dəyərlərin dünyada təbliğinə böyük töhfələr verəcəyini qeyd edib.
AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru Səməd Bayramzadə “Azərbaycanın islam dünyasında yeri” mövzusunda mühazirə ilə çıxış edib. Məruzəçi “İslam Həmrəyliyi İli”nin Azərbaycanın bütün İslam dünyasında, barışdıcı qüvvəyə çevrilməsi baxımından çox məntiqli bir addım olduğunu diqqətə çatdırıb. Ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini bildirib.
Tədbirin sonunda S.Bayramzadə islam tarixi ilə bağlı nəşr olunmuş kitabları “Beynəlxalq münasibətlər” kafedrasına hədiyyə edib.