Dünyada baş verən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin yumşaldılması yolları UNEC-də müzakirə edilib

29 YANVAR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi seminar keçirilib. Seminara toplaşan iqtisadçılar və tədqiqatçılar dünya iqtisadiyyatında baş verən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin minimuma endirilməsi yollarını müzakirə ediblər.
UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Rövşən Quliyev dünya iqtisadiyyatında baş verən proseslərin ölkəyə mənfi təsirlərinin yumşaldılmasına dair institutun apardığı tədqiqatdan danışıb. Qeyd edib ki, elmi tədqiqat işinin məqsədi problemi müəyyən etmək və onun həll variantını tapmaqdır.
Rövşən Quliyev bildirib ki, bir neçə blokdan ibarət tədqiqat işində ilk yeri qlobal trendlər tutur. İnkişaf etmiş ölkələrin ÜDM-nin dinamikasında staqnasiya meylləri müşahidə edilir. Bunun əsas təzahürü, qlobal səviyyədə iqtisadi artım tempinin aşağı düşməsidir ki, bu proses davamlı olarsa, bəşəriyyət dərin böhrana düçar ola bilər.
Növbəti blokda Azərbaycan iqtisadiyyatındakı meyllər araşdırılıb. Qeyd edilib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində valyuta axınının azalması ölkədə devalvasiyaya səbəb olub. Amma ümumilikdə neft hasilatının aşağı düşməsi prosesi 2010-cu ildən davam edir və bu proses uzun sürəcək. Hətta qara qızılın optimal qiymətinin 60 dollar civarında olacağı təqdirdə belə neft gəlirlərinin ÜDM-də payı azalacaq. Amma qeyri-neft ÜDM-i yüksəlib və əsas məsələ bu artımın davamlı olmasını təmin etməkdir. Eyni zamanda neft sektorunun tənəzzülü işsizliyə çox təsir etməyəcək.
Tədqiqat işində növbəti blok Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və proqnozlaşdırılmasıdır. Bu blokda əsas diqqət yerli məhsulların istehsalı və idxalın vəziyyətinin araşdırılmasına yönəlib. Rövşən Quliyev qeyd edib ki, əksər məhsullar üzrə idxal yüksəkdir və bu yaxşı hal deyil. Amma idxalın həcminin çox olması onu göstərir ki, həmin məhsullara tələbat var və ölkədə onun istehsalı mümkündür. İqtisadçı bu blokun nəticəsi kimi qeyri-neft sektorunun inkişafı üçün səmərəli islahatların həyata keçirilməsi və dünya təcrübəsinin öyrənilməsini təklif edib.
Növbəti blok Azərbaycanda həyata keçirilməsi vacib olan qısa, orta və uzun müddətli tədbirlər kompleksinin şərhindən ibarətdir. İlk növbədə buraya ölkənin milli iqtisadi inkişaf konsepsiyasının hazırlanması, bu məqsədlə xüsusi qurumun yaradılması və ona xüsusi səlahiyyətlərin verilməsi daxildir. Orta və minimal həyat üçün istehlak səbətinin müəyyənləşdirilməsi, yoxsul əhali kateqoriyasının dəstəklənməsi mexanizminin hazırlanması, həyati əhəmiyyət kəsb edən məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi, xarici kapitalın ölkəyə cəlb edilməsi, müəssisələrin istehsal effektivliyinin stimullaşdırılması, ciddi qənaət rejiminin təşviqi, inhisarçı istehsalçılara xüsusi yanaşma zəruri tədbirlər kompleksinə daxildir. Orta müddətli dövrdə iri müəssisələrin yaradılması və zərurət olduqda bu müəssisələrin dövlət sahibkarlığı əsasında qurulması, uzun müddətli dövr üçün isə neftin ixracının minimallaşdırılması və qara qızılın gələcək nəsillərə saxlanılması təklif edilir.
Rövşən Quliyev hesab edir ki, qeyd olunanları nəzərə almaqla 2020-ci ilə kimi qeyri-neft ÜDM istehsalını bu günkü məcmu ÜDM səviyyəsinə çatdırmaq mümkündür. Bu isə neftsiz iqtisadiyyatın qurulması deməkdir. İqtisadçı Azərbaycanın potensial rəqabət qabiliyyətinə malik olan konkret sahələrinin, o cümlədən kənd təsərrüfatı, turizm və s. sektorların uyğun alt sahələrinin müəyyən edilməsini xüsusi vurğulayıb. Qeyd edib ki, ölkədə iqtisadi artıma nail olmağın yeganə yolu bu istiqamətdə sistemli tədqiqatların aparılmasıdır.
Sonda digər iqtisadçılar ölkədə neftdən asılılığın aradan qaldırılması, neftdən kənar sahələrin stimullaşdırılması, xüsusən aqrar sektorun inkişafı, turizm potensialının artırılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı məqsədilə təkliflərini veriblər, elmi tədqiqatlar sahəsində AMEA-nın İqtisadiyyat İnstitutu ilə UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle