1958-ci ildə Beyləqan rayonunun Aran kəndində anadan olmuşdır.
1985-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirmiş və təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna işə qəbul olunmuşdur.
1985-1998-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır.
1993-cü ildə «Xəzər dənizi Böyük Qızılağaj körfəzinin bentik faunasının növ tərkibi və miqdarca yayılması» mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1999-2000-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında baş müəllim vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır.
*
2001-2008-ci illərdə «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasında dosent vəzifəsində, 2009-2010-cu tədris ilindən «Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası» kafedrasında dosent vəzifəsində çalışıb.
Hazırda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
65-dən çox elmi əsər, o cümlədən 22 fənn proqramı, 3 metodik göstəriş, 1 dərs vəsaiti və 2 dərslik yazmışdır.
Ailəlidir. İki övladı və nəvələri var.
ELMİ ƏSƏRLƏRİ SİYAHISI (hiperlinkli)