qeyri_ulkar-fotob/m. Neymətova Ülkər Vaqif qızı

21 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Bakı şəhər 75 saylı orta məktəbini gümüş medalla bitirmişdir.

1993-cü ildə  Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Qeyri-ərzaq  mallarının əmtəəşünaslığı fakültəsinə daxil olmuşdur. 1997-ci ildə institutun bakalavr təhsil pilləsini bitirərək, həmin fakültənin magistratura şöbəsinə  daxil olmuşdur. 1999-cu ildə həmin institutun magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Bakı-Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəşünaslıgı” kafedrasında  baş laborant kimi işə başlamışdır.

*

2000-ci ildən saathesabı dərs aparmışdır. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq malları əmtəəşünaslıgı” kafedrasının assistenti,
2003-cü ildən isə baş müəllim vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının eksperizası” kafedrasının baş müəllimi vəzifəsində çalışır.

2015-ci ildən  AMEA-nin  dissertantıdır. Dissertasiya işinin mövzusu “Bərk halda olan qeyri-ərzaq tullantılarının təbiətdə biokonvensiyası”na həsr olunmuşdur.

33 (2 dərslik, 1 dərs vəsaiti, 2 metodik göstəriş, 3 proqram, 4 məqalə, 21 tezis) elmi əsərin müəllifidir.

Ailəlidir, bir övladı var.