sanubar_ekspertizab/m. Quliyeva Sənubər Abdulla qızı

Ağdam şəhərində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 1994-1998-cü illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Ərzaq mallarının əmtəəşünaslığı” fakültəsinin  bakalavr təhsil pilləsini   Fərqlənmə diplomu ilə bitirmişdir.

1999-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisası üzrə Magistratura pilləsini Fərqlənmə diplomu ilə bitirərək İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” kafedrasında  baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.

 

**

2001-ci ildən saat hesabı dərs aparmışdır. 2011-ci  ildə Azərbaycan  Dövlət İqtisad  Universitetinin  “İstehlak mallarıın keyfiyyət ekspertizası” kafdrasının  müəllimi vəzifəsində çalışıb.

2013-cü ildən İstehlak mallarıın ekspertizası” kafedrasının baş müəllimidir.

2012-ci ildən AMEA-nın dissertantıdır.

18 elmi əsərin (1-i xaricdə çap olunub) müəllifidir.

Ailəlidir. İki övladı var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI