31 iyul 1964-cü ildə Bakı şəhərində anadan olub.
1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb. 1990-1992-ci illərdə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (BSU) saathesabı müəllim kimi ali pedaqoji fəliyyətə başlayıb. 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında” müəllim, 2007-ci ildən baş müəllim vəzifəsində çalışıb.
2016-cı ildə “Azərbaycan toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işini müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Azərbaycan dilçiliyinin aktual məsələlərinə həsr edilmiş ölkədaxili və xaricdə elmi tezis və məqalələri dərc olunub (5 tezis, 62 məqalə), 1 monoqrafiya, 1 dərs vəsaitinin (çapdadır), 2 (“Qəlbin pıçıltısı”,” Misralar”) şeir kitabının müəllifidir.
Beynəlxalq konfranslarda (Türkiyə, Rusiya, Stokholm, Tokio, Macarıstan, ABŞ və s.) elmi məruzələrlə çıxış edib.
2020-ci ildə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətləri nəzərə alınaraq, UNEC-in 90 illik yubileyi münasibətilə Fəxri Fərmanla mükafatlandırılıb.
*
İlk dəfə 14 dekabr 2003-cü il tarixində “İqtisadçı” qəzetində ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ümid çırağı” şeiri dərc olunub. “Qəlbin pıçıltısı” və “Məqamlar” adlı iki şeir kitabının müəllifidir. ”Qızıl Qələm”, “Heydər Əliyev zirvəsi” “Müqəddəs qələm”, “XXI əsrin tanınmış ziyalıları” diplomu, ”Yurd” jurnalı-“Nəsimi” ədəbi məclisi tərəfindən “NƏSİMİ” poeziya diplomu, ”İlhamlı Azərbaycan” layihəsinin qaliblərinə verilmiş döş nişanı ilə təltif olunub.
Rus, ingilis və türk dillərini bilir.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasının baş müəllimidir.