1941-ci il aprelin 5-də Bakı şəhərində anadan olmuşdur. 1947-ci ildə Qonaqkənd rayonu Cimi kəndində yeddiillik məktəbə daxil olmuş,
1957-cı ildə Xaçmaz şəhər 1 N-li orta məktəbini bitirərək, həmin ildə K.Marks adına Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə” fakültəsinə qəbul olunmuşdur.
1962-ci ildə Azərbaycan Dövlət Darülfünunu “Maliyyə kredit” ixtisası üzrə bitirmişdir.
1962-1966-cı illərdə Azərbaycanın bank sistemində çalışmışdır.
1966-cı il sentyabrın 1-dən Xalq təsərrüfatı intitutunun “Maliyyə kredit” kafedrasına müəllim vəzifəsinə qəbul edilmişdir.
1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adını almışdır.
1978-ci ildən həmin kafedranın dosentidir. Dərslik və dərs vəsaitlərinin yazılmasında iştirak etmiş. “Bank işi” dərsliyinin müəllifidir. 60-dan artıq elmi məqalənin müəllifidir.
1969-74-cü illərdə axşam fakültəsinin dekan müavini, 1982-1987-ci illərdə Maliyyə statistika, 1995-2000-ci illərdə Maliyyə kredit fakultəsinin dekanı işləmişdir.
2001-2004-cü illərdə qiyabi təhsil üzrə “Maliyyə kredit” fakultəsinin dekanı təyin olunmuş,
2005-2006-cı illərdə Kredit iqtisad, 2009-2010-cu illərdə Maliyyə fakültəsinin dekanı vəzifəsini icra etmişdir.
16.06.2010-cu ildən 13.06.2013- cü ilədək «Bank işi» kafedrasının müdiri vəzifəsini icra etmişdir.
AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adı verilib. UNEC-in Fəxri profossoru olub. 2017-ci ildə təqaüdə yola salınıb.
Evlidir, üç övladı və nəvələri var.
*
Elmi əsərləri (2010-2013-cü illər):
*
“Bank işi fənni üzrə interaktiv dərs vəsaiti”
“Doğma universitetimin bu günü ilə qürur duyuram!” (10.07.2017)