1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir.
2003-cü ildən Bakı Dövlət Universitetinin dissertantı olmuşdur.
2010-cu ildə «Meşə ekosistemlərində maya göbələklərinin sinekologiyası» mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.
2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsulları texnologiyası” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.
2017-ci ilin aprelindən 2020-ci ilə kimi “Qida məhsulları texnologiyası” kafedrasının müdiri vəzifəsini icra edib.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
«Mikrobiologiya, sanitariya və gigiyena» fənni üzrə dərsliyin müəlliflərindən biridir, «Qida fiziologiyası» fənni üzrə təcrübə məşğələlərinin yerinə yetirilməsinə dair metodik göstərişlərin və digər materialların müəllifidir. 20-dən çox elmi məqalələri dərc edilmişdir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI (hiperlinkli)