Çingiz Abdullayev: “UNEC-də açıq söhbət, səmimi münasibət gördüm”

14 FEVRAL 2017 | VIEWS:
2597

UNEC-in “Professorlar Klubu”nun növbəti görüşü keçirilib. Klubun üzvləri, universitetin professor-müəllim heyətinin fəxri qonaqları dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, bəstəkar, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Səyavuş Kərimi olub.

Klubun rəyasət heyətinin sədri, “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, i.e.d, professor Əvəz Ələkbərov tədbiri giriş sözü ilə açaraq, klubun mahiyyəti və rolundan danışıb.

UNEC-də olmaqdan, universitetlə yaxından tanışlıqdan məmnun olduqlarını bildirən qonaqlar Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənətindən danışıblar, bu sahədə baş verən yeniliklər barədə professorlara məlumat veriblər. Görüşdə daha sonra qeyri-rəsmi formatda keçən görüş diskussiyalar, müzakirələrlə davam edib, klub üzvlərinin sualları cavablandırılıb.

Dəvəti qəbul edərək görüşə gəldiklərinə görə, universitetlə bağlı xoş sözlərə görə qonaqlara təşəkkürünü çatdıran rektor, professor  Ədalət Muradov UNEC-dəki yeniliklər, onun nüfuzunun artırılması məsədilə reallaşdırılan layihələrdən danışıb.

Sonda belə görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb, gələcəkdə tələbələrlə görüşlərin keçirilməsi, UNEC ilə Bakı Musiqi Akademiyası və Milli Konservatoriya arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

2598 2