e-mail: [email protected]
22 oktyabr 1949-cu ildə, Bakı şəhərində, qulluqcu ailəsində anadan olmuşdur.
1957-ci ildə Bakı şəhər 190 saylı orta məktəbə daxil olmuş və 1967-ci ildə həmin məktəbi bitirmişdir.
1967-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsində təhsil almışdır.
1971-ci ildə həmin institutu bitirdikdən sonra aspiranturanın əyani şöbəsinə (istehsalatdan ayrılmaqla) qəbul olunmuşdur.
1975-ci ildən əmək fəaliyyətinə başlamış və 1988-ci ilədək «Əməyin iqtisadiyyatı və təşkili» kafedrasında, müxtəlif illərdə baş laborant, aspirant, saathesabı müəllim və müəllim vəzifələrində, işləmişdir. 1988-ci ildən «İqtisadiyyatın idarə edilməsi» kafedrası təşkil edildiyi gündən, müəllim, 1991-ci ildən etibarən, artıq «Menecment və sahibkarlıq fəaliyyəti» adlanan həmin kafedrada baş müəllim vəzifələrində işləmişdir.
1995-ci ildən «Menecment» kafedrasının dosentidir.
1985-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə nail olmuşdur. İqtisadiyyatın müasir problemlərinə həsr olunmuş 50-dən artıq elmi məqalənin (o cümlədən xarici ölkələrdə nəşr edilmiş məqalələrin), 1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 6 tədris üzrə kurs proqramının, eyni zamanda 2 dərsliyin müştərək müəllifidir.
1990-cu ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun ixtisasartırma kursunu bitirmiş, 1999-cu ildə Azərbaycan Baş Pedaqoji kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması İnstitutunda kurs keçmişdir. Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin təşkil etdiyi Humanitar və sosial fənlərin tədrisində gender əsaslarının tətbiqi metodologiyası Proyektinin qısa müddətli treninqində iştirak edərək «İqtisadi nəzəriyyədə gender aspekti» kursu üzrə sertifikat almışdır.
Müxtəlif illərdə institutun Elmi İqtisadi Cəmiyyətinin (EİC) elmi katibi, «Plan-iqtisad» fakültəsinin Ekspert Komissiyasının məsul katibi, «İnformatika və idarəetmə» fakültəsinin Elmi Şurasının elmi katibi və sonralar həmin fakültənin Tərbiyə işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Hazırlıq» fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Universitetdə kafedra müdiri və dekan vəzifəsini tutmaq üçün yaradılmış müsabiqə komissiyasının katibidir. Eyni zamanda Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədr müavinidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının «İdarəetmə» bölməsinin, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ağsaqqallar Şurasının və Beynəlxalq Qadınlar Klubunun üzvüdür. XX əsr «Azərbaycan qadını» xatirə medalı, Azərbaycan Dövlət İqtisad Universitetinin «Fəxri fərmanı», Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi» döş nişanı və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
2017-ci ildə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Eyni zamanda Azərbaycan müəllimlərinin XII qurultayının və Azərbaycan qadınlarının II qurultayının mandatlı nümayəndəsi olmuşdur.
2014-cü ilin aprel ayından etibarən UNEC-in Tələbələrlə iş üzrə prorektoru təyin edilmişdir.
Ailəlidir, iki övladı var.
UNEC-də “Expo 2025” təqdimat görüşü (05.04.2018)
UNEC-də Aprel şəhidlərinə həsr edilən kitab təqdim edilib (04.04.2018)
UNEC kollektivi Novruz bayramını daun sindromlu uşaqlarla keçirib (16.03.2018)
AccessBank-dan UNEC tələbələrinin elmi-tədqiqatına dəstək (15.03.2018)
“Həyatla oyun” tamaşası UNEC-də (06.03.2018)
UNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanı (09.02.2018)
UNEC-də musiqili və yumoristik viktorina (02.02.2018)
UNEC-də qiyabi təhsildə ilk: Tələbə Elmi Konfransı (29.01.2018)
İlin Tələbə Gənclər Təşkilatı: UNEC TGT (27.12.2017)
UNEC tələbələrindən sağlamlıq imkanı məhdud uşaqlar üçün unudulmaz gün (26.12.2017)
Fakültələrarası intellektual yarışının qalibləri mükafatlandırılıb (24.11.2017)
UNEC tələbələri beynəlxalq layihələrdə Azərbaycanı layiqincə təmsil edir (21.11.2017)
“Üçrəngli bayrağım” (08.11.2017)
Şərəfli ömür yolu (“Respublika” qəzeti, 05.10.2017)
UNEC könüllüləri ilə görüş keçirilib (14.04.2017)
“Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nda Novruz şənliyi (15.03.2017)