Dünya çempionatının üçüncüsü – UNEC tələbəsi

11 DEKABR 2017 | VIEWS:
2807

UNEC-in tələbəsi, tanınmış karateçi Fəridə Əliyeva dünya çempionatında III yerə layiq görülüb.

UNEC-in Türk Dünyası İşlətmə fakültəsinin III kurs tələbəsi Fəridə Əliyeva (+68 kq) İspaniyada keçirilən karate üzrə dünya çempionatında ölkəmizin idman şərəfini qoruyub. 109 ölkədən 1710 karateçinin qatıldığı dünya çempionatında F.Əliyeva yeniyetmə və gənclərdən ibarət təmsilçilər arasında döşək üzərinə idmanın kumite növü üzrə çıxaraq, III yerə layiq görülüb.

F.Əliyeva idmanın karate-do növü ilə məşğul olur. O, 2017-ci ildə “IV İslam Həmrəyliyi Oyunlarının” gümüş medalına sahib olub.

2808 1