Direktor: sənətş.f.d., dos. Məmmədova Lalə Hamlet

Ünvan: Bakı, M.Muxtarov, 194 (UNEC-in III Tədris binası)
Telefon: 
+(994) 12 492-59-03 (13-21) (13-22)

UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ 172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixindən ləğv edilmiş “Dizayn” kafedrasının bazasında UNEC Dizayn məktəbi yaradılmışdır.

UNEC Dizayn məktəbində təhsil proqramı üzrə 050306 – Dizayn ixtisası daxilində dörd istiqamət üzrə kadr hazırlığı aparılır. Tələbələr məcburi fənlərin öyrənilməsi ilə yanaşı, dörd seçmə ixtisas blokunun hərəsindən bir fənn seçərək müstəqil olaraq öz tədris planlarını formalaşdırırlar.

Fakültə üzrə ixtisas: Dizayn (sahələr üzrə)

Sahələr:

Qrafik dizayn

Sənaye dizaynı

Mühit dizaynı

Geyim dizaynı

Dizayn – sənaye məhsullarının estetik xüsusiyyətlərinin layihələndirmə fəaliyyətidir. Əşyaların layihələndirilməsi insanın əmək, məişət və istirahət şəraitinin əlverişliliyini nəzərə almaqla onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir. Dizayn – zamanın tələblərinə cavab verən məmulatların erqonomiklik, funksionallıq, zahiri görünüşünə gözəllik kimi xüsusiyyətlərin verilməsi yolu ilə kütləvi istehlak cəmiyyətində sənayenin və bazarın qarşılıqlı bağlılığının idarə edilməsi sistemidir, marketinqin, istehlakçı və istehsalçı arasında kütləvi kommunikasiyanın bir formasıdır. Müasir dünyada dizayn, onun mürəkkəb daxili strukturu və cəmiyyətdəki bir sıra funksiyaları dünya mədəniyyətinin hərtərəfli və çox ölçülü fenomeninə çevrilmişdir.

“Dizayn” ixtisası üzrə təhsil pillələrində tələbələr peşəkar yaradıcı fəaliyyət üçün vacib olan bir sıra biliklərlə təmin edilir. Bu biliklər əsasında gələcək mütəxəssislərdə keyfiyyətli və yüksək bədiiliyə malik dizayn işlərinin rəqabətə davamlılığına zəmin yaradan bacarıq, vərdişlər sistemi formalaşdırılır. Həmçinin, bu onların peşəkar fəaliyyətlərinə yaradıcı nöqteyi-nəzərindən yanaşmalarına da şərait yaradır.

“Dizayn” ixtisası üzrə qəbul V ixtisas qrupu üzrə aparılır. Təhsil müddəti –  4 ildir (Əyani). Təhsil  azərbaycan və rus dillərində aparılır. Hazırda fakültədə 770 tələbə təhsil alır.

“Dizayn” ixtisasını bitirən tələbələr kütləvi istehsal ilə bərabər fərdi fəaliyyət göstərən bir sıra sənaye və yeyinti şirkət və müəssisələrində – moda evlərində, geyim və tekstil müəssisələrində, mebel fabriklərində, reklam şirkətlərində, mətbəələrdə, gida sektorunda və s. dizayner fəaliyyəti ilə məşğul ola bilərlər – modelyer; stilist; geyim sektorunda trend, imic və üslub üzrə məsləhətçi, satış mərkəzlərində vizual təqdimat və dizayn sahəsində mütəxəssis; teatr, film və televiziya sahəsində geyim və aksesuarların dizayneri; qrafik dizayner  və s. Fəaliyyət zamanı tədris müddətində əldə etdikləri bilik və bacarıqları innovativ şəkildə tətbiq etmək imkanı qazanırlar.

UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif mövzularda sərgilər təşkil olunur. Sərgilərdə dizayn ixtisası üzrə təhsil alan tələbələrin rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.

 

Təhkim olunmuş kafedra: Dizayn

Akademik heyət – 32 nəfər

UNEC  Dizayn  Məktəbinin  xərləri  UNEC  NEWS-da

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis