Mərkəzin rəhbəri: i.f.d., dos. Əhmədov Fariz Saleh oğlu

Əlaqə tel: +(994) 12 449-91-13
*               + (994) 12 440-47-42 

6226 10

Mərkəz haqqında

Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 29 iyun 2015-ci il tarixli 139 nömrəli qərarı ilə magistr və doktorantların hazırlığının təkmilləşdirilməsi məqsədi ilə müasir tələblərə cavab verən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) yaradılmışdır. Tədrisini beynəlxalq təhsil təcrübəsini əsas tutaraq formalaşdıran BMDM yaradıldıqdan sonra, Azərbaycan Respublikasında Ali Təhsilin Magistratura pilləsi üzrə iqtisadiyyat və idarəetmə ixtisas qrupları üzrə 11 ixtisasın beynəlxalq standartlara cavab verən yeni standartlarını hazırlayaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 13 sentyabr 2016-cı il tarixli əmrinə əsasən hazırlanan bu yeni standartlar qüvvəyə minmişdir.

Mərkəzin yaradılmasında məqsəd, UNEC-də müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində həyata keçirilən tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi də planlaşdırılır. Mərkəzdə magistrantların tədrisi 4 dildə – Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilməsi nəzərdə tutulub.

Mərkəzdə ingilis dilində maliyyə menecmenti, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq ticarət və biznesin təşkili və idarə olunması, türk dilində biznesin təşkili və idarə olunması, beynəlxalq ticarət ixtisasları tədris edilir.

Hal-hazırda mərkəzdə 11 ixtisas 39 ixtisaslaşma üzrə və 4 dildə tədris həyata keçirilir.

Mərkəzin tələbələri Azərbaycan Dövlət İqtisad Universitetinin diplomu ilə yanaşı Avropanın və Türkiyənin nüfuzlu universitetlərinin diplomlarını almaq imkanı da qazanacaqlar. Bu istiqamətdə Litvanın Mykolas Romerus Universiteti, Türkiyənin Süleyman Demirel Universiteti, Makedoniyanın Beynəlxalq Vizyon Universiteti ilə müvafiq razılaşmalar əldə olunmuşdur.

Tədris prosesində keyfiyyətin yüksəldilməsi, beynəlxalq standartlarda təhsilin verilməsi və eyni zamanda tədris prosesində iş dünyası ilə daha sıx əlaqələrin qurulması, tələbələrə yalnız nəzəri deyil, praktiki məlumatların da verilməsi üçün dünyanın qabaqcıl təhsil ocaqlarından məzun olan və iş dünyasında böyük təcrübəyə sahib akademik heyət iştirak edir. BMDM-də dərs deyən müəllimlər arasında dünyanın nüfuzlu universitetlərindən olan Massaçuets Texnologiya Universiteti, Florida Universiteti, Illionis Universiteti, Mançester Universiteti, Rotterdam Universiteti, Qlazqo Universiteti, Edinburq Universiteti, Vyana Diplomatika Akademiyası, Vorvik Universiteti, Kinqs Kollec London, London İqtisadiyyat Məktəbi, Durham Universiteti, Mərkəzi Avropa Universiteti, Nyukasl Universiteti və s. kimi nüfuzlu universitetlərin məzunları da var.

03.08.2017-ci il tarixdən mərkəzə i.f.d., dosent Fariz Saleh oğlu Əhmədov rəhbərlik edir.

*

Tədris Planları

060401 – Dünya iqtisadiyyatı
060402 – Mühasibat uçotu və audit
060403 – Maliyyə
060404 – İqtisadiyyat
060405 – Sənayenin təşkili və idarə edilməsi
060406 –Statistika
060407 – Menecment
060408 – Marketinq
060409 – Biznesin idarəedilməsi
060410 – Dövlət və bələdiyyə idarəetməsi
 060411 – Kommersiya

*

Təhsil Proqramları

Biznesin idarəedilməsi
Dövlət və bələdiyyə idarəetməsi
Dünya iqtisadiyyatı
İqtisadiyyat
Kommersiya
Maliyyə
Marketinq
Menecment
Mühasibat uçotu
Sənayenin təşkili və idarəedilməsi
Statistika

   *

UNEC Rakurs: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (21.11.2017)
Magistr: “UNEC gənc tədqiqatçılara geniş imkanlar açır”
 (20.11.2017)
“Magistraturada yeni standartların tətbiqi özünü dərslərin keyfiyyətində göstərir”
 (01.11.2017)
“UNEC daha keyfiyyətli tədqiqat imkanı yaradır”
 (24.10.2017)
“UNEC-i seçməyim bir addım öndə olmağım anlamına gəlir
 (18.10.2017)
İmtahanlarda ölkə üzrə ən yüksək bal toplayan iyirmi magistrin seçimi – UNEC
 (13.10.2017)
Magistrlərlə görüş: “UNEC-lə yanaşı Avropa universitetlərinin diplomlarını əldə edə bilərsiniz”
 (20.09.2017)
Magistraturada yeni təhsil standartlarının ilk ünvanı: UNEC
 (13.08.2017)
MDB-də tələbələri beynəlxalq bank sertifikatı alan yeganə ali məktəb – UNEC
 (24.07.2017)

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə sənəd qeydiyyatı başlayıb
 (02.07.2017)
UNEC-in standartlara uyğun Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (02.07.2017)
UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə ixtisas seçimi başlayıb (09.06.2017)
UNEC-də Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb (03.12.2015)

*

UNEC-də təhsil imkanları (VİDEO – 11.07.2017)

Akademik Təqvim – BMDM

Dissertasiya mövzusu təklif forması
Dissertation Proposal Form (ing.)
Yüksek Lisans Tez Öneri Formu (türk)
Форма Предложения Темы Диссертации

II kurs
Dissertasiya işi hesabat forması (az)

*

bmdmCavid-Aliyev bmdmDSC_6275 bmdmDSC_6260 bmdmDSC_5545 bmdmDSC_5531 bmdmDSC_5529