Mərkəzin rəhbəri: i.e.n., dos. İsmayıl Elman oğlu İsmayılovÜnvan: UNEC-in I tədris korpusu |
Əmək bazarının monitorinqi Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 6 dekabr 2018-ci il tarixli iclasının EŞ-162 №-li Qərarıyla və UNEC rektorunun 1121/3/2018 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 1143/3/2018 №-li əmrinə əsasən Əmək bazarının monitorinqi mərkəzinə ictimai əsaslarla rəhbərlik “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti İsmayılov İsmayıl Elman oğluna həvalə edilmişdir.
UNEC-də Respublikamızın və regionun, eləcə də MDB ölkələrinin əmək bazarındakı mövcud vəziyyətini, həmçinin beynəlxalq əmək bazarındakı müasir trendlərin öyrənilməsi və dəyişikliklərin qiymətləndirilməsi.
Əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional mühitin təkmilləşdirilməsinə, yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşdırılmasına, struktur islahatların dərinləşdirilməsi, investisiya fəallığının artırılmasına, insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsinə dair elmi cəhətdən əsalandırımış Proqramlar hazırlamaq.
1. Mahmudov Mətləb Əbdüləli oğlu — fəlsəfə üzrə elmlər doktoru, Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarının Təhlili və Monitorinqi şöbəsinin müdiri
2. Bayramova Sevinc Rafiq qızı — i.e.n., UNEC «İqtisadiyyat» kafedrasının dosenti
3. Şamilov Qafar Zöhrab oğlu — İstanbul Universitetinin doktorantı (Əmək İqtisadiyyatı və Sənaye Münasibətləri)
*
1.Mərkəz tərəfindən UNEC-də Elm aylığı çərçivəsində “Azərbaycanda əmək bazarinin müasir vəziyyəti” mövzusunda seminar keçirilmişdir.
2.“WEB of Sciense” platformasındakı “Thomson Reuters” bazasına daxil olan İtaliyanın tanınmış “PONTEJournal”nda Mərkəzin araşdırması olaraq hazırlanmış “Network economics and e-commerce problems and development perspectives in Azerbaijan” (“Şəbəkə iqtisadiyyatı və elektron ticarətin Azərbaycanda problemləri və inkişaf perspektivləri”) adlı məqalə Mərkəzin rəhbərinin tərəfindən dərc olunmuşdur.
3.Mərkəzin üzvləri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilmiş, gələcək əməkdaşlığa dair müzakirələr aparılmışdır.
4.Azərbaycanda gənc işci qüvvəsinin məşğulluğunun təmin edilməsində onların ixtisaslarının və hazırlıq səviyyələrinin əmək bazarının tələblərinə uyğun gəlməməsinin yaratdığı problemlərə həsr olunmuş tədqiqat işi aparılmışdır. Tədqiqatın nəticələri yaxınlarda elmi jurnallardan birində dərc olunacaq.
5.Mərkəz tərəfindən İnsan Resursları üzrə Menecerlərin (HR) hazırlanması və inkişafı üzrə Distant təhsil üzrə Sertifikat proqramı hazırlanıb, UNEC rəhbərliyinə təqdim olunmuşdur.
UNEC-də “İqtisadiyyatın rəqəmsallaşmasının məşğuliyyətə təsiri” mövzusunda seminar keçirilib (29/12/2021)
video link: https://fb.watch/aaLZiPqDEI/
Milli əmək bazarının xüsusiyyətləri və məşğulluqla bağlı problemlər (08.07.2021)
videolink: https://fb.watch/v/yD7jglLO/
TAM ZAMANIDIR! – Həm bütün Qarabağı işğaldan azad etməyin, həm də… (azpolitika.info)