Mərkəzin rəhbəri: i.e.n., dos. İ.E.İsmayılov 

Ünvan: UNEC-in I tədris korpusu
Əlaqə tel: (+994 050) 334 24 84
e-mail: 

24 1

emek

HAQQIMIZDA:

Əmək bazarının monitorinqi Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 6 dekabr 2018-ci il tarixli iclasının  EŞ-162 №-li Qərarıyla və UNEC rektorunun 1121/3/2018 №-li əmrinə əsasən yaranmışdır.

UNEC rektorunun 1143/3/2018 №-li  əmrinə əsasən Əmək bazarının monitorinqi mərkəzinə ictimai əsaslarla rəhbərlik “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti İsmayılov İsmayıl Elman oğluna həvalə edilmişdir.

MƏQSƏDİMİZ:

UNEC-də Respublikamızın və regionun, eləcə də MDB ölkələrinin əmək bazarındakı mövcud vəziyyətini, həmçinin beynəlxalq əmək bazarındakı müasir trendlərin öyrənilməsi və dəyişikliklərin qiymətləndirilməsi.

VƏZİFƏLƏRİMİZ: (fəaliyyətimiz)

  • UNEC-in fakultə və kafedraları ilə tədris prosesinin elmi-metodiki təminatında iştirak etmək, kadr hazırlığının beynəlxalq əmək bazarının tələblərinə uyğun həyata keçirilməsi üçün tədris proqramları, metodik vəsaitlərin və dərsliklərin hazırlanması ilə bağlı birgə iş aparılması;
  • Əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınaraq, həmçinin əmək bazarında zəruri kvalifikasiyalar müəyyən olunmaqla orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılmasında iştirak etmək;
  • Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi, bu sahələrdə kadrlara gözlənilən tələbatının proqnozlaşdırılması;
  • Azərbaycanda Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak etmək, bu sənədlərin daha təkmil hazırlanması üçün UNEC alimlərinin, ekspertlərin təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək;
  • Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sahəsində bir çox inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi, bu istiqamətdə beynəlxalq konfranslarda, seminarlarda iştirak etmək, ölkədə müafiq simpoziumların, seminarların, konfransların və başqa intellektual diskussiyaların keçirilməsini əlaqələndirmək;
  • Əmək bazarındakı dəyişiklikləri izləyən, bu sahədə vəziyyəti öyrənən, inkişaf istiqamətlərini təyin edən milli və beynəlxalq təşkilatlarla, o cümlədən Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Beynəlxlaq Əmək Təşkilatı, BMT İnkişaf Proqramı ilə, həmçinin başqa dövlət orqanlar, təhsil mərkəzləri ilə əməkdaşlıq etmək;
  • Beynəlxalq təcrübəni öyrənməklə ölkənin əmək ehtiyatlarının müvafiq standartlara uyğun sertifikatlaşdırılması mexanizmlərinin yaradılması ilə bağlı təkliflər hazırlamaq;
  • Gənclərin əmək bazarına keçidə hazırlığının təkmilləşdirilməsi istiqamətində elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənməsi, gənclərin əmək bazarına keçidinin strateji istiqamətlərinin müəyyənləşdirilməşi;
  • Əmək bazarı sahəsində elmi tədqiqatların həyata keçirilməsi, çap nəşrlərinin buraxılması, Azərbaycan Respublikasında kadr hazırlığının əmək bazarının mövcud və perspektiv tələblərinə uyğun həyata keçirilməsi üçün başqa təhsil müəssisələrinə metodik dəstəyin təmin edilməsi;
  • Milli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması üçün peşə təhsili sistemində həyata keçirilən islahatlarda iştirak etmək, ilk peşə və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün, həmçinin ölkənin perspektiv iqtisadi inkişaf istiqamətlərilə bağlı gələcəkdə tələbatın artacağı peşələri müəyyən etməklə peşə məktəblərində və liseylərdə tədrisin təşkilinə dair təkliflərlər hazılayaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim etmək;
  • Gənclərin peşə təhsilinə olan marağının artırılması, onların könüllü olaraq peşə məktəb və liseylərinə yönəlməsi üçün beynəlxalq təcrübədə istifadə edilən metodları öyrənmək, əmək bazarında peşə təhsil müəssisələrini bitirənlərə müəyyən üstünlüklər tanınması istiqamətində təkliflər hazırlamaq:
  • Ali təhsil ocaqlarında, universitetlərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris olunan ixtisasların əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, məzunların aldıqları ixtisaslar üzrə iş yerlərinə cəlb olunması üçün işəgötürənlərin tələblərinin öyrənilməsi, monitoriqlərlə problemlərin aşkara çıxarılaraq müvafiq ünvanlara təqdim olunması. Həmçinin ali məktəb məzunlarının əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə işəgötürənlərin iştirakı ilə aktiv tədbirlərin (məsələn, əmək yarmarkaların) keçirilməsində iştirak etmək;
  • Gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılması ilə bağlı təkliflər paketi hazırlamaq;

Əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional mühitin təkmilləşdirilməsinə, yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşdırılmasına,  struktur islahatların dərinləşdirilməsi, investisiya fəallığının artırılmasına, insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsinə dair elmi cəhətdən əsalandırımış Proqramlar hazırlamaq.

KOMANDAMIZ:

TM rəhbəri –İsmayılov İsmayıl Elman oğlu

Üzvlər:

1.____________________________

2.____________________________

3.____________________________

PROQRAM VƏ LAYİHƏLƏRİMİZ:

1.Mərkəz tərəfindən UNEC-də Elm aylığı çərçivəsində “Azərbaycanda əmək bazarinin müasir vəziyyəti” mövzusunda seminar keçirilmişdir.

2.“WEB of Sciense” platformasındakı “Thomson Reuters” bazasına daxil olan İtaliyanın tanınmış “PONTEJournal”nda Mərkəzin araşdırması olaraq hazırlanmış “Network economics and e-commerce problems and development perspectives in Azerbaijan” (“Şəbəkə iqtisadiyyatı və elektron ticarətin Azərbaycanda problemləri və inkişaf perspektivləri”) adlı məqalə Mərkəzin rəhbərinin tərəfindən dərc olunmuşdur.

3.Mərkəzin üzvləri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilmiş, gələcək əməkdaşlığa dair müzakirələr aparılmışdır.

4.Azərbaycanda gənc işci qüvvəsinin məşğulluğunun təmin edilməsində onların ixtisaslarının və hazırlıq səviyyələrinin əmək bazarının tələblərinə uyğun gəlməməsinin yaratdığı problemlərə həsr olunmuş tədqiqat işi aparılmışdır. Tədqiqatın nəticələri yaxınlarda elmi jurnallardan birində dərc olunacaq.

5.Mərkəz tərəfindən İnsan Resursları üzrə Menecerlərin (HR) hazırlanması və inkişafı üzrə Distant təhsil üzrə Sertifikat proqramı hazırlanıb, UNEC rəhbərliyinə təqdim olunmuşdur. 

 

HƏDƏFİMİZ: 

  1. Respublikanın və regionun, eləcə də MDB ölkələrinin əmək bazarındakı mövcud vəziyyətin, həmçinin beynəlxalq əmək bazarındakı müasir trendlərin öyrənilməsi istiqamətində tədqiqat aparmaq.
  2. Mərkəzin üzvləri Azərbaycanda Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı normativ sənədlərin daha təkmil hazırlanması üçün UNEC alimlərinin, ekspertlərin təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək
  3. Milli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması,peşə təhsili sistemin əmək bazarının tələblərinə uyğun qurulması, həmçinin ölkənin perspektiv iqtisadi inkişaf istiqamətlərilə bağlı gələcəkdə tələbatın artacağı peşələri müəyyən etmək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi birgə təkliflər paketi hazırlamaq.
  4. Bakıda iri şirkətlərdə, eləcə də regionlarda sahibkarlarla görüşlər keçirərək, onların ixtisasaslı kadrlara olan tələblərinin öyrənmək, ali və peşə məktəblərini bitirən məzunlarla bağlı onların fikirlərini öyrənmək. Eyni zamanda kadr hazırlığının onların, eləcə də əmək bazarının dəyişən tələblərinə uyğun həyata keçirilməsi üçün tədris proqramlarınını, metodik vəsaitlərin və dərsliklərin hazırlanması ilə bağlı onlardan maddi dəstək istəmək.
  5. Əmək bazarındakı dəyişikliklərin qiymətləndirilməsi üçün monitorinqlər və tədqiqatlar aparılmaq, əmək bazarında zəruri kvalifikasiyalar müəyyən olunmaqla orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılması ilə bağlı layihələr hazırlayaraq maliyyələşdirməsi üçün şirkətlərə və müafiq fondlara təqdim etmək.