1961-ci ildə Bərdə rayonunda anadan olub
1978-ci ildə orta məktəbi qızıl medalla bitirib.
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinə daxil olub.
1983-cü ildə universiteti bitirib.
1986-cı ildə Rostov Dövlət Universitetinin aspiranturasına daxil olub. 1990-cı ildə «Elastiklik nəzəriyyəsinin üçölçülü tənlikləri əsasında radius boyu qeyri-bircins silindrin gərginlik-deformasiya vəziyyətinin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
2009-cu ildə “Qeyri-bircins örtüklər üçün elastikiyyət nəzəriyyəsinin bəzi üçölçülü məsələlərinin asimptotik təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1983-1986-cı illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışib.
1986-1990-cı illərdə Rostov Dövlət Universitetinin aspirantı olub.
1991-ci ildən Bakı Dövlət Universitetində çalışıb.
1993-1994-cü illərdə BDU-nun «Tətbiqi riyaziyyat» kafedrasında müəllim;
1994-1995-ci illərdə «Tətbiqi riyaziyyat» kafedrasında baş müəllim;
1995-2000-ci illərdə «Tətbiqi riyaziyyat» kafedrasında dosent;
2002-ci ildən «Tətbiqi analizin riyazi üsulları» kafedrasında dosent vəzifələrində işləyib.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru;
“Riyaziyyat və statistika” kafedrasının müdiridir.
42 elmi məqalənin, 2 metodik vəsaitin, 1 dərsliyin və 1 monoqrafiyanın müəllifidir.
Ailəlidir, iki övladı var.
*
Süleyman Dəmirəl Universiteti UNEC müəllimlərinin səfərindən yazıb (13.02.2017)
*
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
«Современные проблемы механики сплошной среды», Ростов 2006
«ХII Mеждународной конференции по математике и механике», Баку, 2006
«ХIII Mеждународной конференции по математике и механике», Баку, 2007