emini.f.d. Aslanov Emin Şahin oğlu

1982-ci ildə anadan olub.

1999-cu ildə orta təhsilini Bakı şəhərində başa vuraraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

2003-cü ildə İqtisad Universitetinin bakalavr, 2005-ci ildə isə magistr dərəcəsinə sahib olmuşdur.

2005-2006-cı illərdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə qulluq etmişdir.

2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Doktorantura bölməsində təhsilini davam etdirmişdir.

2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində distant, qiyabi və magistratura mərkəzlərində müxtəlif tədris fənnləri üzrə dərs deyir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi adını almışdır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri doktoru proqramı üzrə fəaliyyətini davam etdirir. Müxtəlif illərdə dövlət və kommersiya banklarında rəhbər vəzifələrdə çalışmışdır.

*

2021-ci ildən UNEC rektorunun qərarı ilə Maliyyə və maliyyə institutları kafedrasının (hazırda “Maliyyə və audit” kafedrası adlanır) müəllimidir.

Bir çox elmi məqalələrin, tezislərin, bir monoqrafiyanın müəllifi, eləcə də bir dərsliyin (ali məktəb üçün) həmmüəllifidir.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Emin-A 1024px-Sertifikat-3 Sertifikat-A.Emin-Web_of_science.tif