aydin_foto

Aydın Seyfulla oğlu Abdullazadə

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot iqtisad” fakultəsinə daxil olaraq maliyyə-mühasibat ixtisasını bitirmişdir.

1998-ci ildən oxuduğu İqtisad Universetinin nəşriyyat şöbəsində əmək fəaliyyətinə başlamışdır.

Sonralar Elm şöbəsində inspektor vəzifəsində işini davam etdirmişdir.

Hal-hazırda Elmi fəaliyyətin təşkili şöbəsində böyük mütəxəssis vəzifəsində çalışır.

Universitetin demək olar ki, bütün tədbirlərinin işıqlandırılması üçün lazım olan dizaynların hazırlanmasında birbaşa iştirak edir.

*

Dəfələrlə həm dövlət, həm Universitet rəhbərliyi tərəfindən çoxlu təşəkkürnamələrə və sertifikatlara layiq görülmüşdür.

Universal döyüş idman növü üzrə Azərbaycan və Bakı birinciliklərinin qalibi olmuş, 2008-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş Universal döyüş idman növü üzrə Beynəlxalq Turnirin gümüş medal mükafatçısı, 2009-cu ildə isə Avropa çempionatının bürünc medal mükafatına layiq görülmüşdür.

Uzun illər Azərbaycan Universal Döyüş Federasiyasında baş katib vəzifəsini icra etmişdir.

2019-cu ildə Avropa Universal Döyüş Federasiyasına Baş katib seçilmişdir.

“B” kateqoriyalı Beynəlxalq dərəcəli Hakim statusuna yiyələnmişdir.