abbasova_sevinc_ekspertizaокtex.f.d., dos. Abbasova Sevinc Məhəddin qızı

15 fevral 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialına qəbul olunmuş, 1997-ci ildə Bakı  Əmtəəşünaslıq Kommersiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1997-ci ildən “Qeyri ərzaq malları əmtəəşünaslığı” kafedrasında baş laborant, 1998-ci ildən saathesabı müəllim, 1999-cu ildən assistent, 2003-cü ildən baş müəllim vəzifələrində çalışmışdır.

1998-ci ildə İnstitutun Elmi Şurasının qərarı ilə dissertant təsdiq olunub. Həmin ildən “Yeni kompozisiyalar əsasinda alınan sabunların bəzi istehlak xassələrinin ekspert qiymətləndirilməsi” mövzusunda dissertasiya üzərində işləyib.

2016-cı ildə namizədlik dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

**

“İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimi olub.

20.04.2022-ci il tarixdən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti vəzifəsinə keçirilib.

1 Avrasiya patenti, 12 məqalə, 16 tezis, 3 dərslik, 6 tipik proqram və 1 metodik göstərişin müəllifidir.

Ailəlidir, bir övladı var.

abbasovaокabbasova11к