qida_aynurbiol.f.d. Babaşlı Aynur Əmirxan qızı

2004-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin bakalavr pilləsini, 2006-cı ildə  isə həmin fakultənin Mikrobiologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitunun əyani aspiranturasına daxil olmuş;
2011-ci ildə namizədlik dissertasiya işini mqdafiə edərək  biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2010-2013-cü illərdə AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.

 

*
2012-ci ildə “Xəzərin Azərbaycan sahillərindən ayrılmış mikroorqanizmlərlə aşağı temperaturda neft və neft məhsullarının biodeqradasiyasının öyrənilməsi” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı fondunun elan etdiyi “Gənc Alim və Mütəxəssislərin 1-ci Qrant müsabiqəsi”-ində qalib gəlmişdir.

29 elmi əsərin (tezis, məqalə, konfrans materialları), o cümlədən 1 monoqrafiyanın müəllifidir.

2013-cü ildən 2020-ci ilə kimi Azərbaycan  Dövlət İqtisad Universitetinin “Qida məhsulları texnologiyası” kafedrasının müəllimi olub.

Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.

 

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI