Biznes və menecment fakültəsində elmi seminar keçirilib

Dekabrın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində “Müasir şəraitdə əmtəə bazarının infrastrukturunun formalaşması problemləri (kənd təsərrüfatı məhsulları timsalında)” mövzusunda elmi seminar keçirilib.

Biznes və menecment fakültəsinin dekanı, seminarın sədri Mirağa Əhmədov “Azərbaycan Respublikası 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın yüksək səviyyədə həyata keçirildiyindən, ölkə iqtisadiyatının sürətli inkişafından danışaraq, seminarın mövzusunun bu gün üçün aktuallığını qeyd edib. Seminarda “Marketinq” kafedrasının müəllimi Vəli Həziyev kənd təsərrüfatı məhsulları üzrə əmtəə bazarının infrastrukturunun mövcud vəziyyətini və dünya təcrübəsindən istifadə imkarlarını təhlil edərək, bazar infrasturkturunun formalaşması problemlərinin həlli istiqamətlərini göstərmişdir.

 

*
*

*

Fakültənin professor-müəllim heyəti, magistr və tədqiqatçı tələbələrin iştirak etdiyi seminar müzakirələrlə davam edib.

??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????