Cabbar UNEC şəkil

Cabbar Cəlilov

Telefon: +994 (012) 492 78 25
                  +994 (55) 498 57 54

E-mail: [email protected]

 

 

Cabbar Cəlilov 25 aprel 2002- ci ildə Cəlilabad şəhərində anadan olub. 2008-2019-cu illərdə Cəlilabad şəhər 8 saylı məktəb-liseydə orta təhsil alıb.

2019-cu ildə qəbul imtahanında 600 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub. Hazırda 3-cü kursda təhsil alır. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 94-dür.

Təhsil aldığı dövrdə UNEC-in sosial-ictimai həyatında fəal iştirak edib, eyni zamanda universitet rəhbərliyi tərəfindən sertifikat və təşəkkürnamələrlə təltif olunub. UNEC-in 90 illiyinə həsr edilmiş “Mənim Universitetim” adlı natiqlik müsabiqəsinin qaliblərindəndir.

UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin “Maliyyə və mühasibat” fakültəsi üzrə layihələr departamentinin sədri, UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin Layihələr Departamentinin sədri, “UNEC Könüllüləri” Təşkilatının sədr müavini olub.

RadioUNEC-in tələbə-redaktoru, UNEC Yaradıcılıq Mərkəzinin “Bədii Qiraət” dərnəyində qrup rəhbəridir.

 

“BİR-Könüllü” tələbə proqramının, “Turizm Könüllüləri” təşkilatının, “DAVAM” Gənclər hərəkatının, Nərimanov Gənclər və İdman İdarəsinin, UNEC 24/7 kitabxanasının könüllülər komandasının, Yeni Azərbaycan Partiyasının və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvüdür. Bir çox Respublika səviyyəli tədbirlərin iştirakçısı olub.

3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində uğurlu könüllülük fəaliyyəti göstərib, həmin müddət ərzində bir neçə əhəmiyyətli layihə və təlimlər həyata keçirib. Həmin Mərkəzdə İnsan resursları və təlim sahəsi üzrə 3 aylıq təcrübə proqramında iştirak edib. Eyni zamanda 3 saylı Bakı DOST Mərkəzində könüllülük fəaliyyəti göstərib.

2021-ci ildə UNEC-in Tələbə-rektoru seçilib.

rektorlar8370_d46343ced3e1ec689439b172538dc7f3SAYT Əlavə edilməli 1SAYT 4SAYT Əlavə edilməli 2

Cabbar Cəlilov UNEC NEWS –da