Deloitte Şirkəti UNEC tələbələri üçün təlimlərə start verib

05 MAY 2016 | VIEWS:
2492

Mayın 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində Deloitte Şirkəti tərəfindən keçirilən təlimlərə start verilib. İki gün davam edəcək təlimlərdə şirkətin mütəxəssisləri tələbələrə CV yazma üsulları, müsahibədə davranış qaydaları və müsabiqəyə psixoloji hazırlıq barədə məsləhətlər verilib. Eyni zamanda, təqdimatlarda istifadə edilən Power Point proqramının tətbiqi haqqında bilgilər aşılanıb.

Tədbirin ikinci günündə isə maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən Excell proqramının tətbiqi haqqında tələbələrə təlim keçiriləcək.

Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

2493 1