qeyri_elcin_foto

Mühəndislik fakültəsinin dekanı
tex.e.n., dos. Səmədov Elçin Ələsgər oğlu

e-mail: [email protected]

1974-cü ildə anadan olmuşdur.

1991-ci ildə Azərbaycan Texnologiya İnstitutunun “Əmtəəşünaslıq” fakültəsinin “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” ixtisasına daxil olub, 1996-cı ildə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunu həmin ixtisas üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə bu institutun eyni ixtisas üzrə əyani aspiranturasına daxil olmuş, 1999-cu ildə bitirmişdir.

2000-ci ilin mart ayında Moskva İstehlak Kooperasiyası Universitetində “PVX linoleumlarının istehlak xassələrinin tədqiqi və uzunömürlüyünün proqnozlaşdırılması” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Aspiranturanı bitirdikdən sonra Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunda 2000-ci ildən etibarən əvvəlcə baş laborant, sonra isə müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

2020-ci ilə kimi “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasının dosenti, Ekspertiza və standartlaşdırma fakültəsinin və Mühəndislik fakültəsinin dekan müavini olub.

*

09.09.2021-ci il tarixdən Mühəndislik fakültəsinin dekan müavini vəzifəsindən həmin fakültənin dekanı vəzifəsinə keçirilmişdir.

Seçkilərin nəticələrini nəzərə alaraq 31.03.2023-cü il tarixində UNEC Rektorunun müvafiq əmrilə Mühəndislik fakültəsinin dekanı vəzifəsinə təyin edilib.

24 elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, proqram, metodik göstərişlər, məqalə və tezislərin (Respublika daxilində və xaricində) müəllifidir.

Ailəlidir, iki övladı var.

zamdekan111ce4fdeced7d99291rektor48555155055_nIMG_2290IMG_1100IMG_1109elcin_dekan409_2996889357234447102_notduuud048e9otduuu2d110e36d4466

dos. E.Səmədov UNEC NEWS-da