leyli_efendib/m. Əfəndi Leyli Cahangir qızı

23 fevral 1962-ci ildə Bakı şəhərində anadan olub.

1979-cu ildə Bakı şəhərinin 134 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə (indiki Balı Dövlət Universiteti) qəbul olmuş və 1984-cü ildə qeyd olunan təhsil müəssisəsini “Rus dili və ədəbiyyat” ixtisası üzrə “Filoloq. Rus dili və ədəbiyyat müəllimi” kvalifikasiyasını almaqla bitirib.

1984-cü ilin sentyabrında Bakı Ali Partiya Məktəbinə Rus dili kafedrasının laborantı kimi işə qəbul olunub. 1990-cı ildə həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib və həmin vəzifədə 1996-cı ilədək çalışıb.

1996-1999-cu illərdə Bakı Ali Hərbi Məktəbinin “Rus dili” kafedrasında
baş müəllim vəzifəsində işləyib.

2000-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin
“Rus dili” kafedrasına müəllim kimi işə qəbul olunub.

 

 

*

UNEC-in “Rus dili” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.

Hazırda UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimidir.

Müxtəlif jurnallarda dərc edilmiş 33 elmi-tədqiqat  məqalənin müəllifidir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

ink_10045DSC00053DSC_8013

*