qiymat_nergiz_fotob/m. Əliyеvа Nərgiz Əmiraslan qızı

1964-cü ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuşdur.

1980-cı ildə Bakıdakı 176 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.

1985-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1985-2000-ci illərdə Azərbaycan Milli Bankında kredit şöbəsində çalışmışdır.

2001-ci ilin may ayından Azərbaycan Dövlət İqtisad Universitetinin «Qiymət və qiymətləndirmə» kafedrasının müəllimi işləyib. Daha sonra “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının müəllimi olub.

20.04.2022-ci il tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib.

Ailəlidir, iki övladı var.