h.nigarHüseynova Nigar Lətif qızı

1982 – ci ildə Bakı şəhərində anadan olmuşdur.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının birinci kursunda təhsil almşdır. Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2008-ci ildən 2011-ci ilə kimi həmin Akademiyanın “Dövlət qullugu və kadr siyasətı” kafedrasında laborant vəzifəsində fəalliyyət göstərmişdir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

 

2009-cı ildə Dövlət İdarəçilik Akademiyasının doktorantura pilləsinə qəbul olmuş və 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəznində İqtisad araşdırmalar elmi-tədqiqat institutunda fəaliyyət göstərən Dissertasiya Şurasında “Azaərbaycan Respublikası mərkəzi şəhər və rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsində bələdiyyələrin rolu“ mövzusunda dissertasiya işini müdafiə etmişdir.

2021-ci ildən  “Azəbaycanda innovasiyalı inkişafın idarəedilməsində kreativ yanaşma problemləri “mövzusunda iqtisadiyyat üzrə elmlər doktoru proqramı əsasında təhsilini (qiyabi təhsil formasında) davam etdirmişdir.

Hazırda “Biznesin idarə edilməsi” kafedrasının baş müəllimidir.