rena sultanovai.e.d., prof. Sultanova Rəna Polad qızı

21.12.1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində  anadan olub.

1983-cü ildə S.M. Kirov adına Xarkov Nəqliyyat mühəndisləri institutunun mühəndis-iqtisadiyyat fakültəsini bitirib.

1985-1988-ci illərdə AR Elmlər Akademiyasının aspirantı olub.

1989-cu ildə “İstehsalın intensivləşdirilməsi şəraitində əmək vasitələrinin tənzimlənməsi problemləri” mövzusu üzrə namizədlik dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi adına layiq görülüb.

2003-cü ildə “Azərbaycan Respublikası maşınqayırma kompleksində istehsal potensialından səmərəli istifadə olunması” mövzusunda doktorluq – doktorluq dissertasiya işini müdafiə edərək iqtisad elmləri doktoru elmi adına layiq görülüb.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı – 130 (xaricdə çıxmış elmi əsərlərinin sayı – 16, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı – 15, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 4.

 

Əsas elmi nailiyyətləri:

Azərbaycanın elektrotexnika sənayesində əmək vasitələrinin təzələnməsinə dair təkliflər “Azelektromaş” İstehsalat Birliyində istifadə olunub.

Azərbaycan Respublikası maşınqayırma kompleksində istehsal potensialından səmərəli istifadəyə dair təklif və tövsiyyələr “Azneftkimyamaş” Dövlət Şirkətində, “Bakı fəhləsi” maşınqayırma zavodunda və “Bakı elektrik mühərrikləri” (BMZ) zavodunda tətbiq olunub.

 

 

*

Azərbaycan iqtisadi rayonlarının sosial-iqtisadi inkişafının təmin olunmasına dair təkliflər İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuş və “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın hazırlanmasında istifadə olunub.

Azərbaycan regionlarında rəqabətqabiliyyətli iqtisadiyyatın inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair təklif və tövsiyələr işləyib.

 

Əmək fəaliyyəti:

1988-2005-ci illərdə AR EA İqtisadiyyat institutunda elmi işçi vəzifəsində işləyib.

1991-2000-ci illərdə N. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin “İqtisadi nəzəriyyə və hüquq” kafedrasında baş müəllim işləyib.

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə”,  “Müəssisənin iqtisadiyyatı” kafedrasında  professor vəzifəsində çalışmışdır. Hal hazırda UNEC –in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının 0.5 şt. professorudur.

2009-cu ildə Azərbaycan Respublikasında keçirilən referendum üzrə “Zəka” təşviqat qrupunun təyinatı əsasında vəkil təyin olunub.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI