in2_amirova_faridai.e.n., dos. Əmirova Fəridə Şamil qızı

1951-ci ildə Azərbaycan Respublikasının Zəngilan rayonunun Pircivan kəndində anadan olmuşdur.

1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir.

1973-cü ildə AzDPİ-nun “Siyasi iqtisad” kafedrasında müəllimə kimi fəaliyyətə başlamışdır.

*
1990-cı ildə iqtisad elmləri namizədi diplomu almışdır /RD №035899, 08.00.01/.
1998-ci ildə dosentlik elmi dərəcəsi diplomunu almışdır.

 

 

 

*

19 mart 2009-cu il tarixdən (çıxarış №EC81) “İqtisadi inkişaf strategiyasının maliyyə-pul mexanizmlərinin nəzəri-metodoloji problemləri” adlı doktorluq dissertasiyası üzərində işləyir.

Azərbaycan Respublikası I qadınlar qurultayının nümayəndəsi olub.
2004-cü ildə “Xan qızı Natavan” mükafatı ilə təltif olunub.

3 tədris proqramının, 4 metodik vəsaitin, 1 kitabın müəllifidir.
80-dən çox məqalə və tezisləri, elmi konfranslarda, eləcə də beynəlxalq konfranslarda iştirak etmiş və beynəlxalq konfransın materiallarında məqalələri çap olunmuşdur.

Ailəlidir, iki övladı və iki nəvəsi var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI