mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM: BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA: İNSAN RESURSLARININ İDARƏEDİLMƏSİ

 

İxtisaslaşmanın məqsədi:

İnsan resurslarının idarəedilməsi ixtisaslaşmasırəqabətə əsaslanan qlobal bazarda idarəetmə və iqtisadi prinsiplərin  insan kapitalına tətbiqini tədris edir. Bu ixtisas məhsul və xidmət sahələri üzrə insan kapita­lın­dan optimal istifadə imkanlarını ön plana çəkir. Magistrantlar əmək bazarında tələb və tək­lif, bu sahədə dünya iqtisadiyyatının hazırkı durumu, əməyə çəkiləcək gələcək xərcləri, əməyin əvəz­edi­ciləri və digər konsepsiyaları mənimsəməklə idarəetmədə səmərəli qərarların qəbul edilməsi sahəsindəki bi­lik­lərə yiyələnəcəklər. Məhsuldar işçilərin mükafatlandırılması və işinyerinə yetiril­məsinin rasional yolları müzakirə edilir. İxtisaslaşma həmçinin, idarəetmə və istehsal çərçivəsində infor­ma­siya axınının yarandığı andan maneəsiz və gecikdirilmədən, adek­­vat şəkildə müəssisə rəh­bə­rinə və menecerlərə çatdırıl­ma­sı ilə məhsuldarlığın artırıl­ması arasındakı bağlılığı izah edir.

 

MBA proqramının müddəti və ünvanı:

İnsan resurslarınınidarəedilməsiixtisaslaşması üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə 60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə 24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə 12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərslər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: [email protected], tel/fax +99412 4976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış na­mizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qə­rarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­hib­­karlıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­matlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oyna­ma, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu za­man müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qey­ri-höku­mət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək də­yişikliklərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım se­mestrlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imtahanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olu­nur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

İnsan resurslarınınidarəedilməsi ixtisası üzrə keçirilən fənlər:

 

Birinci semestr:

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

FIN 502                      Korporativ maliyyə

MARK 502                Marketinq strategiyası

ACCTG 502               İdarəetmə uçotu(F2)

 

Üçüncü semestr:

OM 502                      Əməliyyatlar menecmenti

BLAW 642                 Biznes hüququ(F4)

 

Dördüncü semestr – 4 əsas seçmə fənn

HRM 600                   İş və fəaliyyət

HRM 620                   Personalın işə qəbulu, seçilməsi və işlə tanışlıq

HRM 632                   Təlim və inkişaf

HRM 601                   İş fəaliyyətinin (performansının) idarəedilməsi

HRM 642                   Mükafatlandırmanın idarəedilməsi

HRM 605                   İnsan Resurslarının idarə edilməsi

HRM 603                   İnsan Resurslarının idarə edilməsində tədqiqat metodları

SMO 634                    Texnologiya və qlobal rəqabət

RES 620                     Qərarqəbuletmədə tədqiqat metodları

MIS 521                     İdarəetmənin informasiya sistemləri

HRM 602                   Beynəlxalq biznes etikası və korporativ idarəetmə

BLAW 631                 Menecmentin hüquqi aspektləri

 

Buraxılış layihəsi (Capstone paper)ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

16130 7