Karyera Mərkəzinin “İşgüzar çay fasiləsi” layihəsi davam edir

04 NOYABR 2016 | VIEWS:
2528

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkil etdiyi korporativ sektorun iştirakı ilə “İşgüzar çay fasiləsi” layihəsi davam edir. Layihəyə əsasən, tələbələrlə ölkənin aparıcı şirkət rəhbərlərinin çay süfrəsi arxasında qeyri-rəsmi görüşü keçirilir. Görüş zamanı iş adamları tələbələrlə biznes həyatını müzakirə edərək, öz həyat təcrübələrini bölüşürlər.

Layihə çərçivəsində bu ayın ilk qonağı “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Rüstəm Məmmədov olub. Tələbələrə öz uğur hekayəsindən danışan müsahib onlara ilk karyera addımlarını atmaqda faydalı olacaq məsləhətlər verib. Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda diskussiyalar aparılıb, real iş həyatı müzakirə edilib.

Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalları, Maliyyə və Mühasibat fakültəsinin tələbələri və Magstratura Mərkəzinin magistrləri iştirak ediblər.

2529 2