Rusiyanın Ali İqtisad Məktəbinin magistraturasında təhsili almaq imkanı

09 YANVAR 2018

23-25 martda Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi” (AİM) UNEC-də Beynəlxalq Tələbə Olimpiadası keçirəcək.
Olimpiadanın qalibləri Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi”nin magistr proqramlarda ödənişsiz təhsil almaq imkanı əldə edəcəklər.

Olimpiadada 3-cü və 4-cü kurs tələbələri ilə yanaşı magistrlər də iştirak edə bilərlər.
Qeydiyyat olimpiadanın http://olymp.hse.ru/ma internet ünvanında martın 12-dək davam edəcək.

Olimpiadada iştirak sərbəst və ödənişsizdir.

Olimpiadaya qeydiyyatla bağlı və əlavə məlumat üçün UNEC-in Beynəlxalq Əlaqələr Departamentinə müraciət edə bilərsiniz.

UNEC-in I saylı tədris binası (Bakı ş., İstiqlaliyyət küç. 6) 115-ci otaq. Tel: 012 492 60 45