“Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında prezident təqaüdçülərinin sayına görə UNEC birincidir”

21 SENTYABR 2018 | VIEWS:
1771

UNEC-in rektoru, professor Ədalət Muradov 2018/19-cu tədris ilində prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb.

Qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb. Rektor UNEC-də tələbələrin yüksək ixtisaslı peşəkar mütəxəssis kimi yetişmələri ilə yanaşı, vətənini və millətini sevən layiqli vətəndaş olaraq formalaşması üçün bütün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. UNEC-də verilən bütün qərarların əsasında tələbələrin maraq və mənafelərinin dayandığını bildirib.

Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında prezident təqaüdçülərinin sayına görə UNEC-in birinci yerdə olduğunu diqqətə çatdıran rektor, bu il də 600-dən yuxarı bal toplayanların 63 faizinin məhz UNEC tələbəsi olması ilə qürur duyduğunu ifadə edib. Ə.Muradov prezident təqaüdçülərinin təhsil aldığı Beynəlxalq İqtisadiyyat Məktəbinin ölkənin ingilis dilində iqtisadyönümlü ixtisaslar üzrə ən zəngin və rəqabətsiz fakültəsi olduğunu xüsusi vurğulayıb. UNEC-ə 600-dən yüksək bal toplayaraq qəbul olunan abituriyentlərə 100 AZN məbləğində xüsusi təqaüd, hər semestr fakültələr üzrə ən yüksək bal toplayan 15 tələbəyə isə ikinci əlaçı təqaüdü verildiyi bildirilib.

Rektor tələbələrə UNEC-in onlar üçün yaratdığı üstünlüklərdən faydalanmağı, elmi-tədqiqat, startap layihələri, beynəlxalq olimpiada, konfranslar və universitetin ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib.

Sonda prezident təqaüdçülərinə xatirə hədiyyələri və təqaüd kartları təqdim olunub.

<a href=”http://news.unec.edu.az/xeber/105-telebe/4189-bold-red-tehsil-nazirliyinin-strukturuna-daxil-olan-universitetler-arasinda-prezident-tegaudchulerinin-sayina-gore-unec-birincidir-bold-red” title=”News “></a>

1772 2