UNEC-də elmi seminar: “Müasir şəraitdə Azərbaycanda biznesin inkişafı strategiyası”

26 APREL 2016 | VIEWS:
2546

Aprelin 26-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində elmi-metodiki seminar keçirilib. Fakültənin professor-müəllim heyəti və fəal tələbələrin iştirak etdiyi seminarda Beynəlxalq ticarət və gömrük işi kafedrasının dosenti M.Məmmədli “Müasir şəraitdə Azərbaycanda biznesin inkişafı strategiyası” mövzusunda çıxış edib. M.Məmmədli öz çıxışında Azərbaycan investisiya şirkətinin yaradılması, sahibkarlığa maliyyə yardımı, sahibkarlığın hüquqlarının müdafiəsi, ölkədə sənaye parklarının yaradılması məsələlərinə toxunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

2547 2