UNEC fiziki məhdudiyyətli tələbələrə xidmət sahəsində fəaliyyətini gücləndirir

22 APREL 2016 | VIEWS:
2642

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan fiziki məhdudiyyətli tələbələrin universitetin təhsil və xidmətlərindən tam istifadə etmələri məqsədilə seminar  keçirilib.

Beynəlxalq əlaqələr departamentinin rəhbəri Anar Kazımov UNEC-də bu sahədə görülən işlərdən və  mərkəzin əhəmiyyətindən danışıb.

Tədbirdə  Əlillər Təşkilatlar  İttifaqının  prezidenti  Davud Rəhimli və vitse-prezidenti Bəybala İbadullayev fiziki məhdudiyyətli tələbələrin ali təhsilə inteqrasiyasının vacibliyini vurğulyaraq  UNEC-in bu istiqamətdə zəruri olan bütün tədbirləri həyata keçirildiyi  qeyd edib. Eyni zamanda əlilliyin dərki, qanunvericilik, inkluziv təhsil və  universal dizayn haqda məlumat verib. Tədbirdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi nümayəndəsi   Rada Abbas  “Əngəlsiz dünya platformu” haqqında geniş məlumat verib.

Seminarda UNEC-də “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” TEMPUS (ESFIDIP) adlı layihəsi çərçivəsində görülən işlərdən danışılıb. UNEC-in “Əlilliyi olan Tələbələr üçün Mərkəz”nin fəaliyyəti və qarşıda duran məsələlər müzakirə olunub.

2643 1