UNEC-in əməkdaşı “Təhsil Açarı” mükafatına layiq görülüb

29 DEKABR 2015 | VIEWS:
1804

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq və kommunikasiya departamenti İctimaiyyətlə əlaqələr şöbəsinin media əlaqələri üzrə baş mütəxəssisi Vüsalə Məmmədova “Təhsil Açarı” mükafatına layiq görülüb. Gənclər üçün Təhsil Mərkəzi, “Kaspi“ qəzeti  və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təqdim etdiyi mükafat V.Məmmədovanın Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətinə görə təqdim edilib.

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov bildirib ki, V.Məmmədova mükafata Lent.az informasiya portalında yayımlanan publisistik yazılarına, Qarabağ müharibəsində girov düşən insanların həyat hekayələrindən ibarət “Əsir düşərgəsi” layihəsinin gənclər tərəfindən maraqla qarşılanmasına və xüsusi olaraq, “Cəhənnəmdə böyük çığırtı” kitabına görə layiq görülüb.

1805 1