UNEC-in iki məzunu şəhid olub

11 APREL 2016 | VIEWS:
3553

Son günlər cəbhə xəttində baş verən hərbi əməliyyatlarda Azərbaycan Ordusunun şəhid olan əsgərləri arasında Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları da var.

1993-cü il təvəllüdlü Bakı şəhər sakini Dadaşov Tural Sabir oğlu 2015-ci ildə Kommersiya fakültəsindən məzun olub. Mirzəyev Mahir Sabir oğlu isə 2014-cü ildə İqtisadiyyat və sənaye fakültəsinin məzunu olub.

Şəhidlər aprelin 9-da torpağa tapşırılıb.

Vətən uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsində ucalan məzunlarımızın ruhu qarşısında baş əyirik. Allah Rəhmət Eləsin!

3554 1