UNEC-lə ABŞ-ın Pensilvaniya Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə edilib

23 OKTYABR 2015 | VIEWS:
2014

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru dos. Şahin Bayramov ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin (PSU) Qlobal Proqramlar üzrə prorektoru Dr. Mayk Adumi (Michael Adewumi) ilə görüşüb.

Ş.Bayramov həmkarına UNEC haqqında ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələrindən danışıb. Həmçıinin səmərəliliyinin artırılması və beynəlxalq ali təhsil məkanına inteqrasiyanın gücləndirilməsini hədəfləyən prioritetləri vurğulayıb.

Görüşdə UNEC və PSU arasında potensial əməkdaşlığın yaradılmasına dair geniş fikir mübadiləsi aparılıb.

2015 3