Azərbaycan Dövlət İqisad Universiteti Mərkəzi və Şərqi Avropa universitetləri arasında TOP-500-ə yüksəlib

11 AVQUST 2015 | VIEWS:
2369

Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics bu il üçün növbəti reytinqini açıqlayıb. Dünya universitetlərinin elan edilən reytinqinə ümumilikdə Azərbaycanın 41 ali təhsil müəssisəsi daxil edilib. Bu reytinqdə  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb.

UNEC eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri üzrə mühüm irəliləyişə nail olmuşdur. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti region universitetləri arasında 330-cu yerdə qərarlaşmış və TOP-500-ə daxil olmuşdur.

Bütövlükdə  Avropa universitetləri arasında UNEC 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nə daxil olub.

https://youtu.be/jjSiRo_8weI

 

2370 1