iqt_inf_konulMirzəmmədova Könül Babək qızı

15 oktyabr 1982-ci ildə Şabran rayonunda anadan olmuşdur.

1998-2002-ci illlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır.
2002-2004-cü illərdə həmin universitetdə magistr pilləsində təhsil almışdır.

2006-ci ildə “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasına dissertant təyin edilmişdir.

 

*

“İnformasiya cəmiyyətinin qurulmasında texnoparkların rolu” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir.

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Dünya iqtisadiyyatında informasiya texnologiyaları” kafedrasında böyük laborant vəzifəsində işləmişdir.

2004-cü ildən “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müəllimidir.

Bir sıra elmi konfranslarda məqalələri çap edilmişdir.