“Yaşam çarxı” adlı təlim-istirahət proqramı başa çatıb

06 İYUL 2015 | VIEWS:
751

İyulun 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatoru “Yay məktəbi” layihəsinin 2-ci təlim-istirahət proqramını həyata keçirib.

“Yaşam çarxı” adlı təlim-istirahət proqramı Qusarda, NLS Təhsil, Konsultasiya və Psixologiya mərkəzinin direktoru, təlimçi psixoloq-pedaqoq Yaşam Koçu Ruhiyyə Rüstəmovanın təqdimatında baş tutub. Proqram “Yaşam Çarxı” adı ilə öncədən elan olunduğu kimi gün boyu interaktiv, əyləncəli və tanışlıq oyunlarından, eyni zamanda “Yaşam çarxı”, “Bizi uğura aparan qaydalar”, “Musiqili həyat hekayəmiz” psixoloji test, asudə vaxtın daha səmərəli keçməsi üçün canlı musiqi və fotosessiyadan ibarət olub.

Sonda iştirakçılara sertifikat təqdim edilib. Aktiv və qalib iştirakcılar isə müxtəlif  hədiyyələrlə mükafatlandırılıblar.

Növbəti 3-cü təlim-istirahət proqramı ücün qeydiyyatdan keçməyə tələsin! Yerlər məhduddur.

Əlavə məlumat üçün:

Az 1001, İstiqlaliyyət 6, ADİU, otaq 1
Tel/Fax: (+99412) 492 31 21
Mob: (+99450) 856 02 01

E-mail: [email protected]
Web: www.ibi.az

https://www.facebook.com/ibi.aseu.az
https://instagram.com/innovativ_biznes_inkubator

752 1