Erasmus+ mübadilə proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində mübadilədə iştirak etmək istəyən UNEC-in professor-müəllim heyəti aşağıda qeyd olunan sənədləri 10 oktyabr 2024-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər:
- CV (ingilis dilində)
- Çap olunmuş elmi əsərlərin siyahısı
- Akademik fəaliyyəti haqqında qısa (1 səhifəni keçməmək şərti ilə) məlumat
*
Qeyd: Sənədlər yalnız elektron qaydada qəbul edilir. Elektron məktubu göndərərkən başlıq hissəsində «UNEC əməkdaşları üçün Erasmus» yazılmalıdır. Başlıq hissəsi düzgün qeyd olunmayan elektron məktublar nəzərə alınmayacaqdır.